Daha bir bank rəsmən çökdü, ipoteka ödənişləri dayandı - Fonddan yeni qərar

img

05-08-2015 [17:17]


"Bank Technique”in fəaliyyətində növbəti məhdudiyyət tətbiq edilib. Fins.az-ın məlumatına görə, bu həftədən etibarən bank ipoteka kreditlərinə görə ödənişləri qəbul etmir. Bankdan müştərilərə bildirilib ki, ipoteka krediti üzrə ödənişlər Azərbaycan İpoteka Fondunun (AİF) tapşırığı ilə dayandırılıb.
 
Bank əməkdaşları ödəniş etmək istəyən müştərilərə bir neçə gün gözləməyi tövsiyə ediblər. İpoteka Fondundan bu məhdudiyyətin tətbiq olunduğunu təsdiqləyiblər. 

Fonddan fins.az-a bildirilib ki, bu addım "Bank Technique”nin fəaliyyətində problemlərin olması ilə əlaqədardır: «Yəqin ki, bankın bütün ipoteka müştəriləri başqa banklara köçürüləcək. Ona görə də müştərilərə bir neçə gün gözləməyi məsləhət görmüşük». 
 
Fonddan bildirilib ki, yaxın bir neçə gün ərzində bankın ipoteka müştərilərinə SMS-lə məlumat veriləcək. Bu müddət ərzində ödənilməyən ipoteka ödənişləri gecikmiş sayılmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA