Daha bir bankda rəhbər dəyişikliyi olub

img

05-08-2015 [11:02]


"Azər-Türk Bank” ASC-nin rəhbərliyində baş verən dəyişiklik nəticəsində Afiq Xudayev bankın İdarə Heyətinin üzvü təyin edilib.

Bankdan Trend-ə verilən məlumata əsasən, müvafiq qərar "Azər-Türk Bank”ın İdarə Heyətinin sədr müavini Fərhad Adıgözəlov müvəqqəti İdarə Heyəti sədr vəzifəsinə təyin edildikdən sonra qəbul edilib.

A.Xudayev bankın baş direktorlarından biridir.

Beləliklə, bankın idarə heyəti bu tərkibdədir: İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Fərhad Adıgözəlov, İdarə Heyəti sədr müavini Rumiyə Məmmədova, İdarə Heyəti üzvü Afiq Xudayev. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA