Azərbaycanın valyuta ehtiyatının azalma sirri... - İqtisadçı real durumu şərh etdi

img

03-08-2015 [20:32]


"Mərkəzi Bank ötən ay yenidən alış aparmağa məcbur olub. Elə bunun nəticəsidir ki, valyuta ehtiyatı iyulda 18.5 milyon dollar azalaraq, 8,5 milyard ollara düşüb. Bu müddətdə də pul bazası 19,5 milyon manat azalıb. Azalma təxminən valyuta ehtiyatı qədərdır". 

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib. O, bildirib ki, Mərkəzi Bank dövriyyəyə dollar buraxmaq əvəzinə, manatı məhdudlaşdırıb: "Məlumat üçün deyim ki, iyul ayında neftin dünya bazar qiyməti $62-dən $53-ə düşüb. Hazırda 50 dollara yaxınlaşır. 

Göründüyü kimi, neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması üst-üstə düşüb. Ancaq "ərimə"ni təkcə neftin qiymətinə bağlamaq düzgün olmazdı. Bu, daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsaitlər daha təhlükəsiz yerə - Türkiyə, Yunanıstan, müəyyən qədər də Rusiyanın daşınmaz əmlak bazarına yönəlir. Çünki ölkədə hazırda kapitala təminat yoxdur. Böyük ehtimalla avqust ayında da azalma baş verəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA