“Grand Həyat” “Bank Technique” ilə əməkdaşlığı dayandırdı

img

28-07-2015 [15:30]


"Grand Həyat” yaşayış kompleksindəki mənzillərin kreditlə satışı dayandırılıb. 


Bu barədə fins.az-a kompleksdən bildirilib. Məlumata görə, buna səbəb kreditləşməni həyata keçirən "Bank Technique” ilə əməkdaşlıqdan imtina edilməsidir. "Son vaxtlar bu bankda maliyyələşmə ilə bağlı problemlər yarandı. Buna görə də, hazırda yeni bank axtarırıq və yaxın günlərdə kreditlə satışı bərpa edəcəyik”.

Xatırladaq ki, "Grand Həyat” yaşayış kompleksi "Bank Technique” ilə əməkdaşlığa bu ilin mart ayında başlayıb. O vaxta qədər kreditlə satış "Azərbaycan Beynəlxalq Bankı” ilə həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA