Bağlanan bankdan müştərilərə xəbərdarlıq

img

25-07-2015 [11:52]


"Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi borcalanları kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Bununla əlaqədar, kredit müqaviləsinin şərtlərinə uyğun qaydada ödənişlərin gecikdirilmədən həyata keçirilməsi zəruridir”.

"Report” xəbər verir ki, bu barədə "Azərbaycan Kredit Bankı” ASC-nin müştəriləri üçün verdiyi elanda göstərilib.

Bank bütün borcalanların diqqətinə çatdırır ki, hazırda kreditlər üzrə ödənişlər bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A ünvanında yerləşən baş ofisində həyata keçirilir.

Bank kredit ödənişlərinin vaxtında ödənilmədiyi zaman qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi xəbərdarlığını edib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin iyulun 10-da verdiyi 27 saylı qərarı ilə "Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub. "Banklar haqqında” Azərbaycan Respublikası qanunun 51.1.2 və 51.1.4-ci maddələrinin tələblərinə müvafiq olaraq "Azərbaycan Kredit Bankı” ASC-yə müvəqqəti inzibatçı təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA