Vergilər Nazirliyindən Hacı İbrahimlə bağlı - Açıqlama

img

24-07-2015 [13:10]


Vergilər Nazirliyi "Avesta Konserni” MMC tərəfindən məhkəməyə veirlməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Nazirliyin analitik informasiya şöbəsindən AzVision.az–a verilən məlumata görə, "Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. 

Xatırladaq ki, "Avesta Konserni” MMC iş adamı Hacı İbrahim Nehrəmliyə məxsusdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA