"Bank Technique" sərt qərarla üzləşdi - Tənəzzül, yoxsa...

img

24-07-2015 [11:00]


"Fitch" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-nin reytinqlərini geri çağırıb.

Agentlikdən "APA-Economics"ə daxil olan məlumata görə, bank reytinq prosesində iştirakda maraqlı deyil: "Reytinqlərin geri çağırılmasına da səbəb budur. Bununla da, "Fitch"in bankın reytinqlərini dəstəkləmək üçün zəruri informasiyaya çıxış imkanı yoxdur".
 
Agentlik xatırladır ki, "Bank Technique"in "B -" səviyyəsində təsdiqlənən emitentin defoltu reytinqi bankın zəif kapitallaşmasını və aktivlərinin keyfiyyətini xarakterizə edir.
 
Cari ilin martın 10-da "Fitch" bankın reytinqlərini "Neqativ" siyahıya salıb. Agentlik bunu manatın devalvasiyasından sonra bankın kapitala olan minimum tələbi yerinə yetirməməsi ilə əlaqələndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA