24-07-2015 [00:58]
İlqar Mikayıloğlu köhnə dost, dəyərli həmkardır. Onun Azərbaycanın televiziya məkanında elədiyi yenilikləri danmaq mümkün deyil. Heç bizi buna məcbur edən də yoxdur.
Ötən il ATV-də Azərbaycan qadınının ailədəki rolunu müzakirə edəndə, İlqarla fikirlərimiz toqquşdu. Mən, bəzi kişilərin həyat yoldaşlarını damın altında tək qoyub, uzaq diyarlara üz tutmağını onların xarakterindəki naqisliklə əlaqələndirəndə, həmkarım buna etiraz etdi. Dedi ki, kənd yerlərində qadınlar öz gözəlliklərinin qeydinə qalmadıqları üçün kişilər onları tərk edirlər. Həmin gün İlqar Mikayıloğlunun ən çox mübahisə doğuran fikri bu olmuşdu: "Kənd qızları ancaq toy günü gözəl görünürlər”.
Aradan bir ilə yaxın zaman keçməsinə baxmayaraq, yenə də o fikirdəyəm ki, qadının baxımlı olması ilk növbədə onun həyat yoldaşından asılıdır. Bütün qadınlar gözəldir. Əsas olan bu gözəlliyi görmək və onun qədrini bilməkdir. Evdə təkcə özünün deyil, həm də həyat yoldaşının əvəzinə işləyən qadından zəriflik tələb etmək ədalətsizlikdir.
Vətəndaş cəmiyyəti institutlarının təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ötən bir ayda ölkənin 14 şəhər və rayonunda olmuşam. Hansı qəsəbəyə, hansı kəndə qədəm basdımsa, qadınların ağır fiziki əməklə məşğul olduqlarını gördüm. İyun ayında çiyələk almaq üçün Masallıda bir tarlanın kənarında dayananda belə bir mənzərə ilə qarşılaşmışdım: iki kişi söyüd ağacının kölgəsində nərd oynayır, təxminən 20-yə yaxın qadın isə başını aşağı salıb çiyələk yığırdı. Kişilərin ayağının altında bir neçə boş pivə şüşəsi vardı. Bu mənzərə məni o qədər əsəbləşdirdi ki, çiyələk almaqdan imtina etdim. Ona görə yox ki, çiyələyin dadı xoşuma gəlmədi. Sadəcə olaraq, qadınların min bir əziyyətlə becərdikləri məhsulun pulunun kişilər tərəfindən mənimsənilməsinə könlüm razı olmadı.
Üç-dörd gün əvvəl tanınmış QHT rəhbərləri Sevil Yusifova, Çingiz Bayramov və polkovnik İsmayıl Tuncla Tovuzdan qayıdanda Şəmkirdə də analoji mənzərənin şahidi olduq. Bir dəstə qadın başını aşağı salıb 40 dərəcə istidə kartof yığır, üç-dörd kişi isə ayağını ayağının üstünə aşırıb, kölgədə samovar çayı içirdi. Bu üzdən dünən Şamaxıdan keçəndə yenə qəlbimin başı göynədi. Bilirəm ki, ucu-bucağı görünməyən üzüm plantasiyaları cəmi bir ay sonra qadınların alnının təri ilə islanacaq...
İndi bildinizmi Azərbaycan qadınının əsas problemi nədir? Təəssüf ki, bəzi kişilər onları səhərdən axşama kimi tarlada qul kimi işlədir, sonra isə Sibel Can kimi gözəl olmağı tələb edirlər. Halbuki Sibel Can bircə gün Şəmkirdə günün altında kartof yığsa, onda indiki gözəllikdən əsər-əlamət qalmaz. Sibel Canın yaşadığı şəraiti bəyənmədiyimiz Tükəzbana yaratsaq, hətta Cenifer Lopes də onun əlinə su tökməyə yaramaz...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib