Pensiyaçıların kart narahatlığı - DSMF aydınlıq gətirdi

img

23-07-2015 [17:46]


Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olub.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Xəzər Xəbər"ə verilən məlumat görə, pensiyaların ödənilməsi bu məqsədlə elan olunmuş tenderdə qalib gəlmiş banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA