22-07-2015 [15:33]
Hesablama Palatasının 2015-ci ilin 6 ayı ərzində kənar dövlət maliyyə nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb.
Bu ilin 6 ayı ərzində 107 Kollegiya qərarı qəbul edilib ki, onlardan 60-ı cari ilin İş planı əsasında həyata keçirilən nəzarət tədbirlərinin proqramları, 43-ü isə nəticələri ilə bağlı olub.
Nəticələri ilə bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat göndərilib. Həmin təqdimatların 34%-ini yerli icra hakimiyyəti orqanlarına aid olub. Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1 milyon 564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib ki, bu da ötən il üzrə müvafiq göstəricidən 5,2% çoxdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa edilmiş pul vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əmək haqqı xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olub.
Əmək haqqı xərclərinin ödənişi ilə bağlı nöqsanlar əmək haqlarının hesablanması və ödənilməsi zamanı artıq ödəmələrin, vakant ştatlar hesabına qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin, nəzərdə tutulmadığı halda artıq əlavələrin, maddi yardım və mükafatların verilməsi ilə bağlı olub. Təmir-tikinti xərclərinə ayrılan vəsaitlərin istifadəsi zamanı görülmüş işlərin faktiki başa çatmamış təsdiq edilməsi, layihə-smeta sənədlərində nəzərdə tutulan inventar və avadanlıqların tam təhvil verilməməsi, tikinti obyektlərinin təhvil verilməsi müddətinə əməl olunmaması kimi xarakterik nöqsanlara yol verilib. Hesabat dövründə təhvil verilməmiş 1 mln. 309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib. Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.
Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçilir. 2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 mln. manat təşkil edib. Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib. Bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olmuş, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, birmənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkarlanıb.
Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunub, bəzi hallarda hətta zəmanət müddəti bitmiş debitor borcların mövcud olması aşkarlanıb ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olub. Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi