21-07-2015 [17:35]
2015-ci ilin I yarısında dövlət büdcəsinin mədaxili 7 mlrd. 807,2 mln. manat, xərcləri 8 mlrd. 577,9 mln. manat olub, 700,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Bu barədə Maliyyə Nazirliyinin yaydığı 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında deyilir. Məlumata əsasən, cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7,717 mlrd. manat proqnoza qarşı 7 mlrd. 807,2 mln. manat və yaxud 1,2% çox olub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2% icra edilməklə dövlət büdcəsinə 3 mlrd. 328,8 mln. manat vəsait təmin edilib.
Həmin vəsaitin 68,3%-i və yaxud 2,275 mlrd. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.
2015-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,3% əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% və yaxud 32,5 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 mlrd. 561,6 mln. manat vəsait transfert edilib.
2015-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85% və yaxud 8 mlrd. 577,9 mln. manat icra olunub, qarşıya qoyulan bütün əsas öhdəliklər yerinə yetirilib.
Cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4 mlrd. 423,2 mln. manatı və yaxud 51,6%-i cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.
Dövlət büdcəsi xərclərinin 3 mlrd. 855,3 mln. manatı və yaxud 44,9%-i əsaslı xərclərə yönəldilib. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.
Ümumi xərclərin 299,4 mln. manatı və yaxud 3,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (ödəniş vaxtı çatmış dövlət borcları və faizlər üzrə ödənişlər) yönəldilib.
Cari ilin altı ayında dövlət büdcəsində 770,7 mln. manat kəsir olub. Kəsir "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Qanuna müvafiq olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.
2015-ci ilin ikinci rübündə (aprel-iyun aylarında) dövlət büdcəsinin mədaxili 3 mlrd. 868,4 mln. manat, xərcləri isə 4 mlrd. 388, mln. manat icra olunub.
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9 mlrd. 35,4 mln. manat, icmal büdcənin xərcləri 9 mlrd. 907,1 mln. manat icra olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi