Azərbaycanda əmək haqqı artdı - Rəsmi

img

16-07-2015 [14:26]


2015-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 454,8 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Komitənin məlumatına görə, əmək haqqı neft sektorunda 2047,5 manat, qeyri-neft sektorunda 415,5 manat, dövlət bölməsində 351,8 manat, özəl bölmədə 599,0 manat təşkil edib.

Qeyd edək ki, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA