09-07-2015 [12:28]
Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1faizi keçməməsi barədə verdiyi göstərişdən sonra bankların bir qismi komisyon haqqını 1 faizə qədər azaltsa da, əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar.
Bu sırada "Bank of Baku”, "Unibank” kimi bankların adlarını çəkmək olar.
Hazırda "Bank of Baku”da manatla kreditlər illik 35-39 faizlə, dollarla kreditlər isə 34-38 faizlə verilir. Halbuki komisyon haqqını azaltmazdan əvvəl bank milli valyutada kreditləri 32-34 faizlə, xarici valyutada kreditləri isə 28-30 faizlə təklif edirdi. Komisyon haqqını azaltmış "Unibank”da isə manatla kreditlər 32 faizdən 40 faizə qədər, dollarla kreditlər isə 26-28 fazidən 35 faizədəkartırılıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid ƏhmədovModern.az saytına bunun sürpriz olmadığını deyib:
"Bu gözlənilən idi. Çünki, banklar faktiki olaraq komissiya haqlarını müəyyən dövr üçün 12 faiz səviyyəsində götürməklə özlərini sığortalayırdırlar. Əvvəlcədən müəyyən vəsaitləri toplayırdılar ki, kreditlərlə əlaqədar problem yaranarsa öz gəlirlərini qoruyub saxlaya bilsinlər. Bununla da il ərzində 3-5 faiz gəlir əldə edirdilər.
Mərkəzi Bankın verdiyi son qərar kommersiya banklarını öz gəlirlərini qoruyub saxlamaq üçün kredit faizini artırmağa vadar etdi. Bu, hazırda bu ayrı-ayrı banklarda özünü biruzə verir. Amma nəzərə almaq lazımdır ki, bankların başqa çıxış yolu da yox idi. Banklar artıq öz gəlirlərini bu səviyyədə saxlamağa məcbur idilər, əks təqdirdə nəticə onlar üçün yaxşı olmaya bilərdi”.
İqtisadçı-deputat hesab edir ki, müəyyən müddətdən sonra faizlər stabilləşəcək:
"Bank faizləri aşağı salınmalıdır. Çünki problemli kreditlərin həcmi ilbəil artaraq 1,3 milyard manata çatıb. Mərkəzi Bank verdiyi qərarın yerinə yetirilməsi üçün nəzarət mexanizmini həyata keçirməli, mütəmadi olaraq həmin banklarda yoxlamalar aparmalıdır. Kommersiya bankları Mərkəzi Bankın verdiyi qərarı pozduqları təqdirdə onlara qarşı cəza tədbirləri görülməli, həmçinin verilən lisenziyalar geri alınmalıdır. Bu məsələ çox ciddi nəzarət mexanizmi tələb edir”.
Parlament üzvü Azərbaycanda problemli kreditlərin azalmasının müşahidə edilmədiyini vurğulayıb: "Statistika və Mərkəzi Bankın açıqladığı hesabat bank sistemində geri dönüşü olmayan kreditlərin artdığını göstərir. Problemli kreditlərin həcmində ayda təxminən 40-50 milyon manat artım müşahidə edilir. Son vaxtlar mütəmadi olaraq bank faizlərinin çox yüksək olduğunu nəzərə çatdırsaq da nəticə etibarilə faizlər artmaqda davam edir. Hesab edirəm ki, bank faizləri məsələsi həll olunmayınca problemli kreditlərin həcmi artmaqda və problem olaraq qalmaqda davam edəcək”.
V.Əhmədov dünya ölkələri müqayisədə Azərbaycanda kredit faizlərinin çox yüksək olduğunu vurğulayıb: "Dünyanın heç bir ölkəsində belə yüksək faiz dərəcələri yoxdur. Xarici ölkələrdə kommersiya bankları kreditləri ən yüksək halda 15-16 faizlə təklif edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi