"Azərsu" ASC-dən qalmaqallı hesabata münasibət - Açıqlandı

img

04-07-2015 [09:02]


"Azərsu" ASC Beynəlxalq audit şirkəti "Ernst & Young Holdings” (CİS) B.V.) təşkilatın bərbad maliyyə göstəricilərini üzə çıxarması ilə bağlı yayılan məlumatlar "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı cavab verib.

Mia.az xəbər verir ki, Anar Cəbrayıllı "Facebook"da bununla bağlı açıqlama yayıb. ASC rəsmisi bildirib ki, "Azərsu" ASC 2014-cü il üzrə maliyyə hesabatını rəsmi internet səhifəsində yerləşdirib: 

 "Nüfuzlu Ernst & Young audit şirkəti fəaliyyətimizə müsbət rəy verib və bilidirlib ki, "Azərsu" ASC 2014-cü ili daha yaxşı nəticələrlə başa vurub. ASC-nin əsas fəaliyyəti budur. Su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub. Yekun əsas fəaliyyətdən mənfəət 11.4 mln manat artaraq 53 milyon manata çatıb. Böyük məbləğli ziyan dedikdə isə bütün investisiyalar da bura daxil edilir".

Qeyd edək ki, "Turan” agentliyi "Azərsu” ASC-nin audit şirkətinin rəyi əsasında illik maliyyə hesabatına istinadən xəbər yayıb ki, 2014-cü ildə səhmdar cəmiyyət 886 milyon manat ziyana düşüb. Hərçənd ki, bu, şirkətin 2013-cü ildə düşdüyü ziyandan 162,6 milyon manat azdır. "Azərsu” həmin ili 1 milyard manatdan çox ziyanla başa vurub.

Maliyyə hesabatına əsasən şirkətin su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub.

Beləliklə, şirkət satışdan 53 milyon manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 milyon manat çoxdur.

Eyni zamanda "Azərsu” ASC və törəmə müəssisələrinin inzibati xərcləri ötən il 29,8 milyon manat (-2,6 faiz), satış və su paylanması xərcləri 94,4 milyon manat (+9,7 faiz) olub. İl ərzində aktivlər 837,2 milyon manat qiymətdən düşüb.

"Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA