Azərbaycan nefti bahalaşdı

img

01-07-2015 [11:34]


"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,24 dollar bahalaşaraq 63,66 dollar təşkil edib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.

Dünya birjalarında da neftin qiyməti bahalaşıb. Belə ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 1,14 dollar bahalaşaraq 59,47 dollar olub.

Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında isə "Brent” markalı neftin bir barrelinin qiyməti 1,58 dollar artaraq 63,59 dollar təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən gün "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,91 dollar ucuzlaşaraq 62,42 dollar olub. Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar ucuzlaşaraq 58,33 dollar, "Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar azalaraq 62,01 dollar təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA