Tətil qiymətləri ceyran belində - Azərbaycanda

img

24-06-2015 [13:19]


Geopolitik mövqeyi, təbii landşaftına görə turizm sektorunu inkişaf etdirmək istəyən bir ölkə olsaq da, regionlardakı qiymətlər nəinki xarici turistləri, heç ölkə vətəndaşlarını belə özünə cəlb edə bilmir.

"Qafqazinfo” xəbər verir ki, qiymətlərə nəzər saldıqda yemək və yol xərcləri daxil olmaqla 2 nəfərin ölkədaxili hər hansı bir istirahət mərkəzində dincəlməsinin xaricə səfərdən baha başa gəldiyini görə bilərik. Belə ki, regionlarımızdakı istirahət qiymətlərini bir günlük ortalama 100 AZN-dən götürsək, bir həftəlik məbləğ 700 AZN edir. Həmin qiymətə turizm şirkətlərinin təklif etdiyi xaricdə istirahət paketlərini dəyərləndirib aviabilet, siğorta daxil olmaqla Antaliyanın 5 ulduzlu otellərində istirahət etmək mümkündür. Bu səbəbdən hər il olduğu kimi bu il də regionlardakı istirahət mərkəzlərinin qiymətlərinə nəzər saldıqda "Xaricə səfər daha ucuza gəlir” fikri özünü doğruldur.

Bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərindən bəzilərinin 1 günlük qiymətləri ilə tanış olaq:

Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzi - 2 nəfər üçün səhər yeməyi daxil 1 otaqlı nömrə 55-80 AZN, 2 otaqlı nömrə isə 100 AZN.

Qubada yerləşən "Bərpa SPA Mərkəzi” - 2 nəfərlik 1 otaq 60 AZN, 2 otaq 160 AZN. Qiymətlərə sadəcə səhər yeməyi daxildir.

Xaçmazda yerləşən "Çoban bulaq” istirahət mərkəzi- 2 nəfər üçün istirahətin qiyməti 60-80 AZN arası dəyişir.

Qax rayonunda "El Resort” Hotel - 1 nəfərlik nömrə 80-100 AZN, 2 nəfərlik 90-110 AZN, ailəvi nömrə -150-170 AZN-dir

Şəki şəhərində "Küngüt” istirahət mərkəzi- 1 otaqlı - 50 AZN, 2 otaqlı - 75 AZN. Burada Küngüt qalasına ekskursiya və orada verilən balla çay sizə 30 AZN qiymətinə başa gələcək.

Nabranda "Ober-lux” istirahət və əyləncə mərkəzi- 1 standart otaq- 50 AZN,2 otaq- 70 AZN. 3 dəfə yemək daxil xidmətdən yararlanmaq 1 nəfər üçün 55 AZN təşkil edir. Lakin xidmətdən yararlanmaq üçün minimum 1 həftə qalmaq və ya qrup halında olmaq lazımdır.

Qəbələdə "Qafqaz Resort” Hotel- qiymətlər səhər yeməyi daxil olmaqla 120 AZN-dən başlayır.

Qusarda "Suvar" istirahət mərkəzi- Səhər yeməyi daxil olmaqla 2 nəfər 50 AZN, 4 nəfər 80 AZN-dir.

Şamaxıda "Magic Life” istirahət zonası- 6 nəfərlik 3 otaqlı lüks kottec 90 AZN, 2 otaqlı kottec 53 AZN-dir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA