22-06-2015 [14:11]
Azərbaycanda daha bir bankda külli miqdarda maliyyə fırıldağı üzə çıxıb.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, "Parabank”ın "Nəsimi” filialında qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitin dövriyyəyə buraxıldığı aşkarlanıb. Məlum olub ki, filial rəhbərliyi dostu, "Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərovun qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlayıb və bunu vergi uçotundan gizlədilib.
Bundan əlavə bank və şirkət rəhbərliyi həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olub və bu yolla çirkli pullar leqallaşdırılıb. Bu işlərə nəzarət etmək üçün "Kia Motors Az” MMC-nin rəhbəri etibarlı adamını - Fərhad Cəfər oğlu Abbasovu "Parabank” ASC-nin "Nəsimi” filialına göndərib, hətta ona xidməti otaq da ayrılıb ki, "Kia Motors Az” MMC-nin çirkli pullarını bank daxilində tənzimləsin. Məlumatlarda bildirilir ki, "Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılsa da, bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış "Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb, audit yoxlamalarının nəticələri barədə rəylərdə qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib.
Bundan başqa çirkli pulların filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.
Lakin devalivasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı "Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.
İstintaq zamanı məlum olub ki, "Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb. Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi sənədlərdə onun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi yetirə bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.
Hazırda istintaq davam edir. Şübhəli şəxs qismində hələlik, 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi