“Dollar kəskin bahalaşacaq” - Ekspert rəyi

img

18-06-2015 [16:40]


"Dünən bütün dünyanın gözü ABŞ-da FED-in (Federal Ehtiyat Sistemi) toplantısında idi”.   


Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O bildirib ki, FED-in uçot dərəcəsini iyun ayında artırmayacağı əvvəlcədən bəlli idi:  

 "FED-in 17 üzvündən15-i uçot dərəcəsinin, faizlərin bu il artacağını söyləsə də, rəhbər xanım Yellen 0,25 faiz artım kimi bir qaydanın olmadığını bildirdi. Bu o deməkdir ki, faizlər 0,15 olmaqla bu il 2 dəfə arta bilər. Eyni zamanda ABŞ-ın ÜDM-dəki artımının bu il zəifləyəcəyini, gözləntidən də az olacağını qeyd etdilər. Toplantıda dünyada yanacaq qiymətlərinin enməsinin müsbət tərəflərinə də toxunuldu. Alınmış qərarlar və bunun dünyaya ola biləcək mümkün təsirləri bunlardır:   

1) Sentyabrda uçot dərəcəsi, faiz artsa, dollar kəskin bahalaşacaq.  

 2) Baha dollar bərabərdir ucuz neft və qızıl formulu işə düşəcək.  

 3) Baha dollar inkişaf etməkdə olan ölkələrdən yatırımların yenidən ABŞ-a dönməsini saxlayacaq, bu da dünyada qlobal iqtisadi artımı zəiflədəcək, yəni neftə olan təlabat azalacaq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA