"Bakcell"in müqaviləsi ləğv olunacaq? - Nazirlik qalmaqallı məhkəməyə imza tdı

img

16-06-2015 [22:59]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan «Aztelekom” İstehsalat Birliyi ölkənin üç mobil operatorundan birinə  - "Bakcell”ə qarşı yeni tələblər irəli sürməyə başlayıb.
 
Bu barədə daxil olan məlumatda bildirilir ki, «Aztelekom»un baş direktoru, YAP Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədov artıq "Bakcell” MMC-nin əvvəlki qaydada birliyin ötürücü stansiyalarından istifadə etməsi ilə razılaşmır. Elə bu məqsədlə də «Bakcell»ə bağlanmış müqaviləyə yenidən baxılmasını israr etməyə başlayıb:
 
""Aztelekom" İB ilə "Bakcell” MMC-nin arasında illərdir çox ciddi sıxıntılar yaşanır. Hətta tərəflər arasında trafikə görə yığılıb qalmış 4 milyonluq məhkəmə çəkişməsi də olub. Ancaq o zaman bağlanan müqavilələrə əsaslanan "Bakcell” MMC "Aztelekom” İB-nin 4 milyonluq iddiası ilə də razılaşmadı. Bununla bağlı çoxsaylı məhşkəmə proseslərindən sonra Məhəmməd Məmmədov anladı ki, mobil operatoru «sındırmaq» üçün mütləq keçmişdə bağlanan müqavilənin şərtləri dəyişilməlidir. Ona görə də «Aztelekom» "Bakcell” MMC ilə bağlanan müqavilənin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etdi».
 
 
Məlumata görə, bu tələblə bağlı məhkəmə işinə artıq birinci məhkəmə instansiyasında baxılıb: 
 
«İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılır. Hakim «Aztelekom”un "Bakcell»ə qarşı şikayəti üzrə  ayın 10-na təyin etdiyi iclasda qərar verməyib. Məhkəmə prosesi iyulun 2-nə təxirə salınıb».
 
Məlumatda o da qeyd olunur ki, «Aztelekom» mobil şirkətlə müqavilənin dəyişdirilməsi məsələsinə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də üçüncü şəxs qismində məhkəməyə cəlb edib.
 
 
Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA