Avropa Oyunlarına görə 7 obyekt bağlandı, 23-ü cərimələndi

img

15-06-2015 [19:34]


"Avropa Oyunları ilə bağlı aparılan reydlər zamanı ət kəsimi ilə məşğul olan 25 obyekt cərimə olunub, 7 obyekin bağlanmasına qərar verilib”.

Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, bütün qeyri-qanuni kəsim məntəqələri cəzalandırılıb.

"Avropa Oyunlarına görə Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışır. May ayının 1-dən iyun ayının1-ə kimi 15 kəsim məntəqəsinə şifahi, 11 obyektə isə yazılı formada xəbərdarlıq olunub. İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə görə, 25 obyekt cərimə olunub, 7 obyekin bağlanmasına qərar verilib. Kəsimlər əsasən axşam saatlarında başlayır. Müayinələr isə gecə saatlarında aparılır. Bir sözlə, baytarlıq sanitariya qaydalarına ciddi nəzarət olunur”-deyə Yolçu Xanvəli bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA