15-06-2015 [02:19]
Anar YUSİFOĞLU
Artıq I Avropa Oyunları start götürüb və Azərbaycan idmançıları aktivlərinə ilk qızıl medalları yazıblar. Əslində isə ən qiymətli qızıl medalı I Avropa Oyunlarının açılış mərasimini saymaq lazımdır.
Klassik və ənənəvi turnirlərin, eləcə də zaman-zaman bu tip yarışmaların əsasnaməsinə uyğun, yeni forma və məzmun kəsb etmiş digər oyunların fonunda "Bakı-2015” ilk növbədə açılış mərasimindəki təqdimatlarıyla öz möhtəşəmliyini nümayiş etdirdi.
Kifayət qədər qarışıq zamanda həm daxili, həm də xarici bədxahların qıcıqqarışıq təxribat yönlü təbliğatı qarşılığında "Bakı-2015”-in təşkilatçıları təhlükəsizliyi yüksək səviyyədə təmin edə bildilər. Üstəlik də, 20-yə qədər dövlət eyni zamanda həm öz idmançıları, həm də dövlət başçılarının iştirakı ilə bu yarışa qoşulmaqla, Şərqlə Qərbin vəhdət nöqtəsinin məhz Azərbaycan olduğunu sərgiləmiş oldu.
Bu, nəticə etirbarilə Azərbacana inamsızlıq ifadə etməyə çalışanlara ən tutuarlı cavab idi: "Bakı-2015” baş tutdu və və tarixə yazıldı.
Şübhəsiz ki, I Avropa Oyunları dünya idman tarixində çox mühüm və yaddaqalan hadisədir – bundan sonra da davam etdiriləcək bu yarışmada "Bakı-2015” öz ilklik missiyasından əlavə, həm də örnək roluna sahib olacaq. Dünya idmanına Bakıdan start götürən Avropa Oyunları ən yeni standartlar üzərində köklənərək, insanlar arasında sırf humanizm nümunəsi kimi estafeti özündən sonrakı ölkəyə ötürməli olacaq.
Açılış mərasiminin baş tutmasıyla ilk növbədə üzə çıxan üstünlük həm də ondan ibarət oldu ki, Azərbaycan irimiqyaslı beynəlxalq layihələrə və qlobal dəyişikliklərə meydan açan dünyaya öz töhfələri üstündə qədəm basdı.
Açılış mərasimindəki möhtəşəmlik "Azərbaycanı tanıyın!” süjeti üstündə çox gözəl kompozisiya ilə cilalanmış olduğundan, öz siyasi çalarlarını sezdirmədi. İnsanlara və dünyaya Azərbaycanı təzədən təqdim etmə şansı çox yüksək səviyyədə nəzərə alındığından, hamı gördü ki, Qobustan qayaüstü təsvirlərindən boylanan Azərbaycan xalqı həm də elə tarixin o qədimliyində qalmasa da, elə qədimliyin yaratdığı, yaşatdığı müdriklikdədi.
"Sarı gəlin”in fon musiqisi kimi səslənişi və Qarabağ ərazisinin yağı tapdağında əsirliyini Qarabağ Qazisi keçdiyi həyat və döyüş yolunun görüntüləri üstündə qalib əsgər kimi çiyinlərində və əllərində - özündən irəlidə daşıya bildi. Bunu bacarmaq gücünü yaddaşlara həkk etdirdi. Daha bir incə məqam isə Nizamiyə fars deyənlərə dəyən tərs şapalaq idi – təfərrüata varmadan yazıram.
Altı min idmançının qatıldığı bu yarışmanın açılışında çoxlu sayda dövlət və hökümət başçılarının, nüfuzlu və tanınmış şəxslərin iştirakı Azərbaycanın mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını da təsdiqlədi.
Müstəqillik dönəminin son illərində Azərbaycan bir çox ilklərə imza atmaqla bizləri sevindirir.
"Birinci Ledi” Mehriban Əliyevanın "Avroviziya” beynəlxalq musiqi yarışına uğurlu təşkilatçı kimi rəhbərliyinin ardından belə bir mötəbər yarışmanın da məsuliyyətinə çiyin verməsi sevindiricidir. Təşkilat Komitəsinin sədri kimi çıxışı zamanı söylədiyi bir fikri diqqətə çatdırmaq istəyirəm: "Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır”.
Əlbəttə, xalq üçün yazılan, xalqla yazılan səhifələr həmişə uğurlu olub və tarixdə qalıb – xalq üçün də, rəhbərlik üçün də.
Sonda əvvələ qayıdıram – açılış mərasimində olduğu kimi: müstəqilliyimizin 24 ilinin hər ili növbəti qələbənin başlanğıc anıdır.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib