İşsizlərin diqqətinə: Nazirlik yarmarka keçirəcək

img

11-06-2015 [18:15]


Nazirlik işsiz və işaxtaranlar üçün üç rayonda əmək yarmarkası keçirəcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mia.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə təşkil olunan Əmək yarmarkaları bu ay 3 rayonda davam etdiriləcək. 

 Bu ay ərzində Tovuz, Ağstafa, Neftçala rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanmaqdadır. 

Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA