Nəbatat bağına suyun verilməməsinə rəsmi reaksiya

img

11-06-2015 [17:48]


Bu gün bir neçə kütləvi informasiya vasitəsində Azərbaycan Milli Elmlər Akademiyası Nəbatat bağına suyun verilməməsi barəsində yazılıb.

Mia.az-ın məlumatına görə, "Azərsu” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu məsələyə aydınlıq gətirib:  

"Bu gün bəzi saytlarda "Nəbatat bağına su verilmir, yaşıllıqlar quruyur, bağın işçiləri əl yumağa su tapmır...” kimi məlumatlar yer alıb. Məsələni sona qədər araşdırdıq və məlum oldu ki, Nəbatat bağına normal qaydada su verilir. Belə ki, bağın su xəttinin girişində quraşdırılan sayğac son 20 gündə əraziyə 7000 kubmetr (7000 ton) suyun verildiyini qeydə alıb. Eyni zamanda, bağın daxilində su anbarı var və burada daim ehtiyat su olur. Bundan başqa, son vaxtlar qurumun rəhbərliyi tərəfindən Səbail rayon Sukanal İdarəsinə suyun gəlməməsi ilə bağlı heç bir müraciət olunmayıb. 

Qeyd edək ki, Nəbatat bağı 24 saatlıq su ilə təchiz olunan zonada yerləşir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA