Mərkəzi Bankdan manatla bağlı yeni addım - VİDEO

img

09-06-2015 [22:43]


Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar bu pulu ancaq kreditləşməyə sərf etməli olacaqlar. Həmin vəsaitin valyuta mübadiləsinə yönləndirilməsinə isə icazə verilməyəcək. "Xəzər Xəbər" Mərkəzi Bankin yeni addımını və onun gözlənilən nəticələrini mütəxəssislərlə birgə araşdırıb.

Mərkəz Bankı iqtisadiyyata kredit qoyuluşlarını artrımaq üçün kommersiya banklarına manatla pul ayıracaq.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Raca Almarzoqinin sözlərinə görə bu addım Azərbaycan iqtisadiyyatının daha sürətli artımı üçün böyük önəm daşıyır.

Mütəxəssislər bildirir ki, banklar kreditləri aktivlərində olan əmanətlərə görə verdiyindən və əmanətlərin əksəriyyətinin də sürətlə dollara çevrilməsindən manatla kredit dayandırılıb. Mərkəzi Bankın bu addımı dövriyyədən çıxan həmin pulları geri qaytaracaq. Bundan əlavə Mərkəzi Bank banklara ayırdığı manat vəsaitinin valyuta mübadiləsinə yönləndirməsinə qadağa da qoyacaq.

Mərkəzi Bankın sahibkarlığın inkişafı üçün ayırdığı vəsaitlər Azərbaycanın ümumi daxili məhsulunda da ilin sonuna qədər böyük rəqəmlərlə müşahidə olunacaq. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə nümayəndəsi Raca Almarzoqi Ümumi Daxili Məhsulun 66 milyard manat olacağının gözlənildiyini bildirib. İqtisadçıları isə Mərkəzi Bankın bu məsələdə ehtiyyatlı siyasət yeritməsinin önəmli olduğuna diqqət çəkirlər./Xezerxeber.com/



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA