Müəllimlərin maaşı artdı

img

08-06-2015 [20:13]


Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əmək haqlarının artımı sahəsində növbəti dəfə yeniliklər aparılıb.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən verilən məlumata görə, işçilərin sosial rifahının yüksəlməsi, maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar respublikada ali təhsil müəssisələri içərisində ən yüksək səviyyəyə çatdırılıb.

ADU-nun Elmi Şurasının iyunun 8-də aldığı qərara əsasən, kafedra müdirləri 1250 AZN, professor 1100AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əməkhaqqları ilə təmin olunacaqlar. Bu da əmək haqqının 30-35%-ə qədər artımı deməkdir. ADU-da professor-müəllim heyətinin əmək haqqı minimum 500 AZN, maksimum 2000 AZN təşkil edir ki, bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

Bu addım ödənişli əsaslarla təhsil alan tələbələlərin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA