04-06-2015 [14:54]
Ipoteka kreditlərinin verilməsi şərtlərində dəyişiklik edilib.
Mia.az "Marja”ya istinadən xəbər verir ki, banklar Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20% və 15%-dən 50%-ədək qaldırblar.
Məsələn, "Bank Respublika” adi və güzəştli ipoteka üzrə 50%, "Bank Standard” QSC və "Muğanbank" adi ipoteka üzrə 40%, "Xalq" Bankı ASC və "AGBank" isə 30% ilkin ödəniş tələb edir.
"Azərbaycan İpoteka Fondu”ndan "Marja”ya bildirilib ki, Fondun vəsaitləri ilə ipoteka kreditlərinin verilməsi qanunvericilik ilə tənzimlənir. Qanunvericilik müvəkkil banklara müəyyən səlahiyyətlər verir və yalnız ilkin ödəniş nisbətinin aşağı sərəhdini müəyyənləşdirir. İlkin ödəniş 15-20%-dən də yüksək nisbətlərdə tələb oluna bilər.
"Azərbaycan İpoteka Fondunun İnternet resurslarında ipoteka kreditləri barədə bütün məlumatlar yerləşdirilib”, - Fonddan bildirilib.
Banklardan bildirdilər ki, ipoteka kreditləri üzrə 30-50% ilkin ödəniş 2015-ci ilin əvvəlindən, hətta devalvasiyadan öncə tələb olunur və bununla bank öz risklərini azaltmış olur.
Qeyd edək ki, ilin sonuna qədər daşınmaz əmlakın qiymətinin 15-20% ucuzlaşacağı gözlənilir. Həm manatın yenidən ucuzlaşacağı narahatlıqları, həm də daşınmaz əmlakın qiymətinin aşağı düşəcəyi barədə proqnozlar bankları ehtiyatlı olmağa vadar edir.
QANUNVERİCİLİKDƏ MİNİMUM NİSBƏT GÖSTƏRİLİR
"Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na görə, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. Yəni, ilkin ödəniş minimum 15% müəyyən edilir. Banklar bu nisbətdən daha yüksək səviyyədə ilkin ödəniş tələb edə bilərlər.
Məlumat üçün bildirək ki, adi ipoteka maksimal illik 8% dərəcəsilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4% dərəcəsilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 min manatdır. İlkin ödəniş minimum 20% (Adi) və 15% (Güzəştli) təşkil edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi