"Neftin qiymətinin düşməsinə baxmayaraq,..."" SOCAR-ın prezidentindən açıqlama

img

03-06-2015 [14:29]


Xəzərin Azərbaycan sektorundakı "Ümid” yatağında daha bir quyunun qazılması planlaşdırılır. Hazırda yataqda iki istismar quyusu işləyir.

Bu barədə Bakıda keçirilən "Xəzər Neft və Qaz” konfransındakı çıxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, 2010-cu ildə kəşf olunan bu yataqdan hasilat davam edir.

"Hesablamalara görə, "Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir”, - deyə SOCAR-ın prezidenti qeyd edib.

Qurum rəhbəri neftin qiymətindən də danaışıb. O, qeyd edib ki, neftin qiymətinin düşməsinə baxmayaraq hələ ki, bütün layihələr həyata keçirilir və heç bir layihə dayandırmayıb(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA