Əli Əhmədov: "Yeni qiymət tətbiq olunacaq..."

img

02-06-2015 [19:57]


"Dərmanların qiymətinin tənzimlənməsi istiqamətində indiyə qədər xeyli addım atılıb. Bu yaxınlarda isə Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları müəyyən ediləcək”.

 Bunu baş nazirin müavini Əli Əhmədov deyib. 

 Ə. Əhmədov bildirib ki, dərmanların qiyməti həmin qaydalar əsasında tənzimlənəcək: "Ancaq onu da qeyd etmək lazımdır ki, dərmanların qiymətinin tənzimlənməsi o qədər də asan məsələ deyil. Burada həm dərman satan şirkətlərin, həm də vətəndaşların maraqlarının uzlaşdırılmasından söhbət gedir. Amma dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə əlaqədar lazımi işlər görülüb. Qaydalar qəbul olunandan sonra çalışacağıq ki, dərmanların qiymətləri sahəsində insanları narahat edən problemlər aradan qaldırılsın”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA