27-05-2015 [14:44]
"ABSHERON Hotel Group” 2015-ci ilin may ayında açılışı baş tutacaq və "AutographCollection”a daxil olan "Boulevard Hotel Baku” mehmanxanasının baş direktoru vəzifəsinə Klayv Smitin təyin olunmasını elan edib.
Mia.az-a daxil olan məlumata görə, Devon şəhərində (İngiltərə) hotelçilik məktəbini bitirən Klayv hotel sektorunda karyerasını 1988-ci ildə resepşnişçisi kimi başlayaraq sonradan mehmanxana idarəçiliyinin bütün sahələri üzrə təcrübə qazanmaqda davam edib.
1988-ci və 2001-ci illər ərzində Klayv"InterContinental”, "Forte Grand”, "Mandarin Oriental”, "DeVere” və "Holiday Inn” kimi hotellərdə çalışıb. "TheBalmoral”hotelində F&B menecer (qida və içki təchizatı meneceri), "DeVere” hotel şəbəkəsinin iki dəbdəbəli kurort malikanəsində baş direktorun müavini vəzifəsində, daha sonra isə "InterContinentalGroup” hotel şəbəkəsinin Meyfeyr, London nümayəndəliyində rezident menecer kimi fəaliyyət göstərib. 2001-ci ildə "InterContinental” şirkətinin Ciddədəki hotelinə təyinat alan KlayvSmit 2005-ci ildə şirkətin Zambiyanın paytaxtı Lusakadakı hotelində baş direktor vəzifəsinə yüksəlib. 2010-cu ildə Klayv Türkiyədə "Divan Hotels” şəbəkəsində çalışmağa başlayıb və şəbəkənin Ərbildə (İraq) yerləşən dəbdəbəli yaşayış malikanəsinin açılış öncəsi hazırlıq üzrə direktoru qismində fəaliyyət göstərib. "Boulevard Hotel Baku” mehmanxanasına gəlməzdən öncə Klayv "ABSHERON Hotel Group”a məxsus Şahdağ qış-yay turizm kompleksində yerləşən "Pik Palace” və "Park Chalet” hotellərində baş direktor vəzifəsində çalışıb.
"Azərbaycanda daha bir hotel açmaq imkanım olduğuna görə qürur hissi keçirirəm. Ökənin birinci Avropa Oyunlarına hazırlaşdığı həyəcanlı bir vaxtda 818 otaqlı "Boulevard Hotel Baku”nun açılışında yaxından iştirak etmək mənim üçün şərəfdir. Başlıca məqsəd hotelin regionda aparıcı konfrans-hotelə çevrilməsidir ki, buna əlavə olaraq komandamız Bakının gözəl və rahat məkanlarından birində ən tələbkar turistlərin istəklərini qarşılayacaq müstəsna rahatlıq və özəl xidmətlər təklif etməyi hədəf olaraq seçib. "Boulevard Hotel” unikallığı ilə fərqlənəcək və Bakının hotel bazarında real alternativə çevriləcək”, - deyə KlayvSmit bildirib.
"Boulevard Hotel Baku”
Adını dənizkənarı parkdan almış və Bakı buxtasının mərkəzində, şəhər mərkəzindən şərqdə yerləşən, "Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks hotel və kurortların cəmləşdiyi "AutographCollection”un rəsmi üzvü olan "Boulevard” hotelində qonaqlara 818 ecazkar rahatlığa malikotaqlar təklif olunur. Bakının "Ağ Şəhər” qəsəbəsinin tam mərkəzində qərarlaşan vəpaytaxtı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən əsas magistral yolun üzərində yerləşən bu hotel möhtəşəm konfranslara ev sahibliyi etmək iqtidarında olan və Azərbaycanda ən böyük konfrans tutumuna malik hotel kimi fəaliyyət göstərəcək."Boulevard” hotelində 3 restoran, istirahət guşəsi kimi fəaliyyət göstərən launj və Xəzər dənizinə möhtəşəm mənzərəli və gün işığı ilə işıqlanan 1 300 kv. metrlik geniş ziyafət zalının xidmətləri təklif olunur. Hoteldə 6 funksional konfrans otağı ən son texnoloji audio-vizual avadanlıqlarla təchiz olunacaq. "Boulevard” hotelinin sağlamlıq və fitness zalı yorğun iclas və görüşlərdən sonra istirahət etmək üçün nəzərdə tutulub. Daha ətraflı məlumat üçün: http://www.boulevardhotelbaku.com/
"ABSHERON Hotel Group”
"ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı "ABSHERON Hotel Group”untəsis olunmasınışərtləndirib və buna təkan verib.Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. "ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com
"AutographCollection”
"AutographCollection”un prizması Kolorado dağlarında 15 otaqlı butik hotellərdən Praqada XIX əsrə aid neoklassik saray stilli hotellərədək geniş çeşidli hotellər qrupudur. Əminliklə demək olar ki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq "AutographCollection”un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanıb.
Daha ətraflı məlumat üçün: www.autographcollectionbaku.com.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi