22-05-2015 [22:14]
Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi haqda aparılan müzakirələr bütün ölkə gündəmini zəbt edib.
Qeyd edək ki, yanğına səbəb son dövrlərdə yaşayış binalarının üzlənməsində istifadə edilən təhlükəli material oldu. 15 nəfərin ölməsi, çoxlu sayda vətəndaşın yaralanması ilə nəticələnən bu hadisədən sonra,məsələyə Prezident İlham Əliyev səviyyəsində reaksiya verildi. Təcili olaraq bütün binalardan üzlüklərin sökülməsinə dair verilən tapşırıq artıq sürətlə həyata keçirilir. Ancaq tikinti sahəsinə yaxşı bələd olan ekspertlərin bildirdiyinə görə, təhlükə bununla bitmir və əlaqədar qurumlar binaların üzlənməsində istifadə edilən keyfiyyətsiz "alkapon”ların qadağan edilməsilə bağlı da hərəkətə keçməlidir: "Əks halda ciddi fəsadlarla üzləşə bilərik. Əvvəl binalara vurulan "penoplastlarla” bağlı da mətbuatda həyacan təbili çalındı. Heç kim fikir vermədi. Açı nəticə göz qabağındadır. Bakını növbəti barıt çəlləyindən xilas etmək lazımdır!”
Azinforum.az apardığı araşdırma nəticəsində müəyyən edib ki, həqiqətən də son vaxtlar Azərbaycanda yaşayış və ofis binalarının fasadlarına "alkapon” üzlüklərin çəkilməsi geniş yayılıb. Halbuki bu inşaat materialı həm yanğın, həm də sağlamlıq baxımından təhlükəlidir. Bəzi iddialara görə, "alkapon” biznesinin arxasında güclü əl və ya əllər olduğundan bu inşaat materialından istifadə geniş yayılıb. Yəni bununla kiminsə biznesinin «xod» getməsi təmin olunur.
Amma "alkaponun” həm sağlamlığa təhlükə yaratması, həm də yanğına qarşı həssaslığı təhlükələrə yol açır. Bu barədə danışanlar konkret faktlar da göstərirlər. Məsələn, «Binə» ticarət mərkəzində güclü yanğın baş vermiş, həmin yanğın hadisəsindən bir qədər sonra yayılan rəsmi açıqlamada bildirilmişdi ki, ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) şüşə-alkapon konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları yanıb.
Eyni zamanda, Sumqayıtda baş verən bir neçə yanğın hadisəsində də binanın üzərinə alkapon çəkilməsi maraq doğurur. Ekspertlər də bildirirlər ki, "alkapon” örtüklər oda qarşı həddən artıq həssasdırlar, qısa müddətdə alışır və alovlanır, yanğının qarşısıalınmaz məcraya yönəldə bilir.
Bütün bunlara rəğmən, ölkəboyu alkapon konstruksiyalardan istifadə çox geniş yayılıb və yuxarıda da qeyd etdiyimiz kimi, görünür bunda məqsəd kimlərinsə «bazar»ını çiçəkləndirməkdir.
Araşdırmalarımız zamanı onu da müəyyənləşdirdik ki, "alkapon” metal tərkibli tikinti materialıdır. Lakin bu materialların inzibati binalara vurulması düzgün deyil. Çünki inzibati binalara həm dekorativ, həm də sağlamlıq nöqteyi-nəzərindən "alkapon”ların vurulması mənfi təsir göstərir. "Alkapon” metal tərkibli olduğu üçün onda müəyyən qədər radioaktivlik var. İsti, günəş şüaları "alkopana” pis təsir göstərir. "Alkapon” vurularkən havanın izolyasiyası istənilən səviyyədə olmur. Bu material həm də səs ötürəndir. Qısa bir vaxt keçəndən sonra onun dekorativ xüsusiyyətləri də itir. Mütəxəssislər hesab edirlər ki, onu sənayedə istifadə etmək olar. Lakin inzibati binalarda, yaşayış məntəqələrində, məktəb, baxçaların tikintisində istifadə etmək məsləhət deyil.
«Alkapon biznesi» haqqında öyrəndiyimiz başqa bir məqam hazırda Azərbaycan bazarlarında Çin məhsulu olan kefiyyətsiz ” alkapon”ların tüğyan etməsidir. Görünür, kimlərsə bundan külli miqdarda gəlir əldə edirlər, amma ekspertlərin rəyinə görə, Çin istehsalı olan "alkapon”ların təhlükəlilik dərəcəsi daha yüksəkdir.
Qısası, alkapon hesabına kimlərinsə cibi dolur, amma növbəti barıt çəlləyi barədə düşünən yoxdur.
Azinforum.az Bakının müxtəli rayonlarında apardığı müşahidələr zamanı müəyyən edib ki, hazırda Nizami metrosunun ətrafında tikilən yeni yaşayış binalarda, eləcə də Xətai rayonu ərazisində binalarda sürətli alkapon üzləməsi davam edir.
Azinforum.az saytı olaraq əlaqədar qurumları bu məsələyə ciddi diqqət ayırmağa çağırırıq. Mövzuya qayıdacayıq…
Azinforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi