Sabiq nazirin oğlunun şəriki ölkədən qaçıb?! – İlginc iddia

img

18-05-2015 [23:53]



Bakıdakı "Mobitel" şirkətində vergi yoxlamalarıaparılıb. Bu yoxlamalar zamanı ortalığa ciddi qanun pozuntuları çıxıb. Vergi müfəttişləri şirkəti külli-miqdarda cərimələyib.

Bu zaman şirkətinanbarları möhürlənməli olub.

Qafqaz Xəbər Agentliyinə verilən məlumatda iddia olunur ki, vəziyyətin təhlükəli olduğunu başa düşən şirkətin sahibiAraz Mehdiyev ölkəni tərk edib.

Məlumatda deyilir ki, getməzdən öncə sahibi olduğu bir neçə şirkətisatmağa cəhd edib. Ancaq istəyi baş tutmayıb. A.Mehdiyevin kritik vəziyyətini görən müştərilər şirkətləri almağarisketməyiblər. Hazırda A.Mehdiyevin Dubayda gizləndiyi xəbəri yayılıb.

Bu şirkət rəhbəri "Baktel” şirkətinin sahiblərindən biridir. "Baktel"-in digər sahibi keçmiş daxili işlər naziri, mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovdur.  Qeyd olunur ki, Rasim Əsədov Avenuye paltar dükanları şəbəkəsinin də sahibidir. Hətta bir neçə ay öncə şirkətin bir hissəsinə Nizami Piriyev sahib olub.

Xatırladaq ki, son vaxtlar bəzi oliqarxların başının üstündəqarabuludlar dolaşmaqdadır. Hətta bəzi biznesmenlər dələduzluq vəictimai əmlakı mənimsəmək səbəbi ilə həbsolunublar. Baş verənlərdən təşvişə düşən bəzi sahibkarlar çıxış yolunu hansısa ölkəyə qaçmaqda görürlər(Tia.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA