Ramil Usubov əmr verdi, yeni xidmət yarandı

img

11-05-2015 [14:25]


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yeni "qaynar xətti” fəaliyyətə başlayıb. 

Mia.az "Report”a istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar polis hansısa problem yaradarsa, vətəndaşlar "1002” qısa nömrəsinə zəng vurmaqla hüquq-mühafizə orqanının həmin işçisindən və ya işçilərindən şikayət edə bilər.

Qeyd edək ki, xidməti zərurətlə əlaqədar olaraq "1002” qısa nömrəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə ayrılıb. Bunun tətbiqi ölkənin bütün operatorları üçün məcburidir. 

Azərbaycandakı mobil operatorlar arasında "1002” qısa nömrəsindən daha çox "Azercell” abunəçiləri istifadə edirdi. Bundan sonra "Azercell”in fakturasız (SimSim) xətt sistemindən istifadə edən abunəçiləri balans öyrənmə xidməti üçün "1002” qısa nömrəsi əvəzinə "2112” qısa nömrəsi yığmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA