"Unibank"dan istefa verən "PAŞA Holdinq"də vəzifə aldı - FOTO

img

08-05-2015 [12:58]


Bir qədər əvvəl "Unibank”ın icraçı direktoru vəzifəsindən istefa vermiş Cəlal Qasımov yeni vəzifəyə təyin olunub.

Strateq.az Fins.az-a istinadən xəbər verir ki, o, hazırda "PAŞA Holdinq”in İdarə Heyətinin sədr müavini vəzifəsini tutur. Xatırladaq ki, bir qədər əvvəl onun "PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcəyi, hazırda bu vəzifəni tutan Fərid Axundovun isə "Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevi əvəz edəcəyi barədə xəbərlər yayılmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA