“Beynəlxalq Bank” “AAAF PARK”la əməkdaşlığı dayandırdı

img

07-05-2015 [12:50]


Azərbaycan Beynəlxalq Bankı (ABB) Xırdalan şəhərindəki "AAAF PARK” yaşayış kompleksi ilə əməkdaşlığı dayandırıb. 

Bu barədə fins.az-a kompleksdən bildirilib. Şirkət yaranmış vəziyyəti Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə izah edir: 

"Avropa oyunlarına görə hələlik bank kredit vermir, oyunlardan sonra bərpa olunacaq”. 

ABB ilə əməkdaşlıq dayandırılsa da, "AAAF PARK”da yerləşən mənzillərin kreditlə satışı davam etdirilir – amma şirkətin daxili kredit şərtləri əsasında, lizinqlə. 

Xatırladaq ki, ABB ilə əməkdaşlıq çərçivəsində müştərilər mənzilin dəyərinin 10%-ni əvvəlcədən, qalan hissəsini isə illik 10%-lə, 15 müddətində kreditlə ödəyirdilər. Hazırda da mənzilin dəyərinin 10%-ni bəri başdan, qalan hissəni isə 15 ilə ödəmək mümkündür. Amma müddətdən asılı olaraq mənzillərin 1 m2-nin qiymət artır. Belə ki, nağd aldıqda 1 m2-nin qiyməti 650 manatdırsa, 1 illik kreditdə qiymət 680 manat, 2 illik kreditdə 710 manat, 15 illik kreditdə isə 1100 manat təşkil edir. Yəni, hər il üçün 1 m2 mənzil sahəsi 30 manat bahalaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA