Artur Rasi-zadə daha bir qərar verdi, xidmətin səlahiyyəti alındı

img

03-05-2015 [21:43]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas strukturlarından biri qurumun tabeçiliyindən çıxarılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında əksini tapıb.
 
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Baytarlıq Təchizatı Birliyi qurumun tabeçiliyindən çıxarılıb, adı dəyişdirilərək Təchizat Bazası adlandırılıb. Təchizat Bazası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı təşkilat kimi fəaliyyət göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA