01-05-2015 [11:48]
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, "Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib (mənbə: Fineko/abc.az).
Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.
Habelə "Azərenerji”nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb. Nəticədə şirkət 2013-cü ildə 92 milyon 110 min manat əməliyyat gəlirləri əldə etmişdisə, 2014-cü ildə 18 milyon 926 min manata qədər əməliyyat ziyanı edib.
Maliyyə göstəriciləri pisləşsə də "Azərenerji”nin aktivlərinin dəyəri 5 milyard 519 milyon manatdan 5 milyard 580 milyon manata qədər artıb. Ümumi kapital artaraq 2,2 milyard manatdan 2,31 milyard manata çatıb.
«Azərenerji”nin gəlirlərinin bu cür kəskin aşağı düşməsinin səbəbləri məlum deyil. Çünki operatorun istehsal etdiyi elektrik enerjisinin topdansatış və pərakəndə satış qiyməti maya dəyərindən yüksəkdir. Yəni şirkətin ziyanla işləməsi, yaxud gəlirlərinin bu cür kəskin aşağı düşməsi üçün iqtisadi səbəblər yoxdur.
Digər tərəfdən, 2014-cü ildə "Azərenerji”nin fəaliyyətinə mənfi təsir edən ciddi iqtisadi və makroiqtisadi amillər də qeydə alınmayıb. Ümumi iqtisadi vəziyyət stabil olub.
Doğrudur, beynəlxalq reytinq agentlikləri bildirmişdilər ki, "Azərenerji”yə daxilolmalar manatla olduğundan bu ilin fevralında həyata keçirilən devalvasiya prosesi operatorun kredit borclarını qaytarmasında problem yaradacaq. Lakin devalvasiya bu il baş verib. Qeyd olunduğu kimi, 2014-cü ildə "Azərenerji”nin maliyyə göstəricilərinin kəskin pisləşməsinə səbəb ola biləcək iqtisadi amillər qeydə alınmayıb. Deməli, problemin səbəbini "Azərenerji”nin özündə və pis menecmentdə axtarmaq lazım gəlir.
"Azərenerji” həm də ölkənin əsas vergiödəyicilərindən biridir. Buna baxmayaraq uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən biridir. 2014-cü ilin məlumatına görə, "Azərenerji”nin vergi borcu 700 milyon manat təşkil edirdi.
Bu yaxınlaradək, yəni prezident İlham Əliyevin ölkənin elektrik enerjisi təsərrüfatında struktur islahatları həyata keçirərək elektrik enerjisinin pərakəndə satışı funksiyalarını "Azərenerji”dən alıb "Bakelektrikşəbəkə”nin bazasında yaradılan "Azərişıq” ASC-yə verməsinə qədər bu struktur Bakı şəhəri istisna olmaqla ölkənin qalan hissəsində elektrik enerjisinin paylayıcısı idi. Və prezidentin Nazirlər Kabinetinin iclasında bildirdiyi kimi, bu sahədə fəaliyyəti olduqca yarıtmaz olmuşdu. Bölgələrdə əhalinin elektrik enerjisi ilə təminatında ciddi problemlər hökm sürürdü, paylayıcı xətlər, dirəklər bərbad durumda idi. Bəzi dağlıq bölgələrdə elektrik enerjisi hələ də Xruşşovun dövründə basdırılmış taxta dayaqlarla ötürülürdü.
İndi şirkətin ötən ilki fəaliyyətinə dair audit yoxlamasının nəticələrinin açıqlanması növbəti dəfə göstərir ki, "Azərenerji”də ciddi menecment qüsurları mövcuddur. Hərçənd ki, "Azərenerji” ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən "Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.
2007-ci ildə elektrik enerjisinin satış qiyməti kəskin şəkildə - 3 dəfə artırılanda məsələ belə qoyulmuşdu ki, ölkənin elektrik enerjisi operatoru nəhayət ziyanla işləməkdən xilas olsun, əməliyyat fəaliyyətindən gəlirlər əldə etsin və bu gəlirləri investisiya qoyuluşlarına yönəltsin. Beləliklə də büdcə böyük yükdən xilas olsun.
Buna baxmayaraq "Azərenerji”nin göstəriciləri yaxşılaşmayıb. Şirkətin elektrik enerjisinin paylanması və satışı funksiyası alınıb "Azərişıq”a veriləndən sonra hökumətdən açıqlandı ki, ölkənin enerji təchizatının yaxşılaşdırılması üçün 1 milyard dollar məbləğində kredit cəlb edilməsi üçün danışıqlar gedir.
Hökumət bu məqsədlə Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankı kimi beynəlxalq təşkilatlardan maliyyə yardımı istəyib. Əsasən 750 milyon dollar məbləğində vəsait AİB-dən istənilib. AİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, "Azərişıq” ASC ilə birgə planlaşdırılan layihə bütün ölkəni əhatə edəcək və üç tranşı nəzərdə tutur. Bunun birincisi enerji təchizatının çox pis olduğu rayonlarda həyata keçiriləcək. Layihənin ümumi dəyəri 1 milyard dollar olacaq ki, bunun da 250 milyon dolları Azərbaycan hökumətinin büdcəsindən ayrılacaq.
Həmçinin Azərbaycan hökuməti Dünya Bankından 250-300 milyon dollar həcmində maliyyə yardımı istəyib. Lakin yekun qərar bir neçə aydan sonra qəbul olunacaq.
Dərhal sual yarandı: elektrik enerjisi maya dəyərindən baha satıldığı halda nəyə görə "Azərenerji”nin balansında ölkənin enerji təchizatını yaxşılaşdırmaq üçün vəsait tapılmayıb? Bir halda ki elektrik enerjisi əhaliyə mayasından az qala 3 dəfə baha satılır, abonentlərdən yığım səviyyəsi 100 faizə yaxındır, o zaman nədən hökumət bu sahəyə hələ də xarici kreditlər cəlb etməkdədir və "Azərenerji”nin normal gəlirlə işləyən müəssisəyə çevrilməsi üçün bütün iqtisadi şərtlər formalaşdırıldığı halda bu qədər borca girmək nəyə lazım idi? Və dibi görünməyən quyu kimi vəsaitlərin bir ucdan axdığı "Azərenerji”də vəziyyəti düzəltmək üçün menecmenti dəyişməyin vaxtı çatmayıbmı?!
Əslində prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında konkret ad çəkməsə də bu sahədə vəziyyəti ciddi tənqid etməsi ondan xəbər verir ki, ölkə rəhbərliyi də "Azərenerji”dəki pis idarəçilikdən xəbərdardır. Və bu çıxış, eləcə də daha əvvəl sistemdə həyata keçirilən struktur islahatı "Azərenerji” rəhbəri Etibar Pirverdiyev üçün ciddi siqnal idi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi