Daha bir bank manatla krediti dayandırdı

img

29-04-2015 [15:59]



Azərbaycanda manatla kredit verən bankların sayı sürətlə azalır. Artıq "AGBank” da milli valyutada kredit ayrılmasını dayandırıb. 

Mia.az xəbər verir ki, bu barədə fins.az-a bankdan bildirilib.

Bu il, fevralın 21-də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi kəskin devalvasiyadan sonra "AGBank” kreditləşməni manatla həyata keçirən azsaylı banklardan biri idi. Lakin, göründüyü kimi, bu bank da dollarlaşma prosesindən kənarda qala bilməyib və risklərini azaltmaq üçün kredit şərtlərinə yenidən baxmalı olub.

Hazırda bank yalnız ABŞ dolları ilə, illik 28%-dən başlayaraq və 3 il müddətinə müştərinə kredit ayırır. Kreditin maksimal məbləği 10 min dollardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA