Cahangir Hacıyevin ən yaxın kadrı istefa verdi

img

22-04-2015 [20:13]


Bir müddət əvvəl İdarə Heyətinin sədri istefa verən Azərbaycan Beynəlxalq Bankında, indi filial müdiri istefa verib. 

Mia.az "Marja”ya istinadən xəbər verir ki, Bankın "Sənaye” filialının müdiri Məmməd Cahangirov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin 17.04.2015-ci il tarixli, 62 nömrəli qərarı ilə, Məmməd Cahangirov Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib və onunla bağlanmış 15 Avqust 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilib.

"Sənaye” filialının müdiri vəzifəsinin müvəqqəti icrası "Sabunçu” filialının müdir müavini Niyaz Kərimzadəyə həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA