Mərkəzi Bankdan qorxulu xəbərdarlıq; Azərbaycanda pul bazası azalıb

img

20-04-2015 [22:22]


2015-ci il martın 1-nə olan vəziyyətə görə Azərbaycanda genişləndirilmiş pul bazası 9 736,1 milyon manat təşkil edib ki, bu da əvvəki aylarla müqayisədə 9,5 faiz azdır.

Mia.az Trendə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-fevral aylarının yekunları üzrə hesabatında deyilir.

İllik hesabatda ölkədə pul bazası 13,4 faiz azalıb. Müqayisə üçün: 2014-cü il fevralın yekunları üzrə bu göstərici 11 244,6 milyon manat olub.

AMB-nin məlumatına əsasən, 2015-ci il martın 1-nə manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.

Hesabat dövründə tədavüldəki pul həcmi 8 701,1 milyon manat təşkil edib, hərçənd bu rəqəm yanvarda 10 145,3 milyon manat, 2014-cü il martın 1-nə isə 10 617,8 milyon manat olub.

2015-ci ilin fevralında tədavüldəki pul kütləsinin pul bazasına nisbəti əvvəlki aylarla müqayisədə 4,9 faiz, 2014-cü il martın 1-nə olan analoji göstərici üzrə isə 5 faiz azalaraq 89,4 faiz təşkil edib.

2015-ci ilin fevralında bank ehtiyatları 1 028,4 milyon manat olub ki, bu da yanvara nisbətən 70,12 faiz və 2014-cü ilin fevralı (617,7 milyon manat) ilə müqayisədə isə 66,5 faiz çoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA