Cahangir Hacıyevin yerinə nə zaman təyinat olacaq? - Nazir açıqladı

img

20-04-2015 [18:51]


Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək. 

Mia.az Ans-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə əsasən, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: "Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə heyətinin yeni sədri seçiləcək".

ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: "Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA