20-04-2015 [15:51]
Manatın 21 fevral kəskin devalvasiyasından sonra milli valyuta ətrafında proqnozlar səngimək bilmir. Dövlət rəsmiləri və iqtisadçı-ekspertlər manatın taleyilə bağlı müxtəlif fikilər səsləndirirlər.
Son iddialara görə isə hökumət rəsmiləri manatın əvvəlki dayanqlılığını bərpa etmək üçün müəyyən addımlar atmaq ərəfəsindədir. Səbəb olaraq qarşıdan gələn parlament seçkiləri və əhalinin narazılığı göstərilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında manatın məzənnəsinin əvvəlki səviyyəyə qayıdacağı fikirləri barədə yayılan informasiyaların tamamilə əsassız və boş iddia olduğunu vurğulayıb.
O qeyd edib ki, bu iddia doğru olsaydı, Mərkəzi Bank rəsmi açıqlama verərdi:
"Rəsmi şəkildə məlumatın yoxluğu iddiaların əsassız olduğunu sübut edir. Mən hesab edirəm ki, manatı əvvəlki məzənnəsinə qaytarmaq üçün neftin qiymətində nəzərəçarpan artım olmalıdır. Əks təqdirdə isə manatın dollar qarşısında əvvəlki dayanıqlılığını bərpa etməsi mümkün olmayacaq”.
İqtisadçı-deputatın sözlərinə görə, neftin qiyməti 55-60 dollar civarında olduğu müddətdə manat əvvəlki kursuna qayıtmayacaq:
"Hətta indiki halda 1$=1.05 AZN məzənnəsini saxlamaq üçün Mərkəzi Bank öz ehtiyatından istifadə edir. Ötən müddət ərzində Mərkəzi Bank və Dövlət Neft Fondu bu məsələyə müəyyən qədər vəsait sərf edib.
Nəzərə alaq ki, 21 fevral devalvasiyasından sonra manatın kursunun saxlanması üçün təkcə Mərkəzi Bank 5 milyarda yaxın vəsait sərf edib. Bu ciddi prosesdir və mən inanmıram ki, bu gedişlə manatı əvvəlki məzənnəsinə qaytarmaq mümkün olsun.
Manatın devalvasiyası bundan sonra da davam edəcək və hesab edirəm ki, 1 dollar 1manat 50 qəpik səviyyəsinə qədər bahalaşacaq”.
"Neft Fondunun xaricdəki 37 milyard dollar ehtiyatından təqribən 3-4 milyardını manatın məzənnəsini bərpa etmək üçün gətirməsi iddiaları nə dərəcədə realdır” sualına cavab olaraq iqtisadçı deputat urğulayıb ki 3-4 milyardla məsələ həll olunmur:
"3-4 milyard nədir ki?! Əgər bu məbləğə bütün məsələ həll olunsaydı nə vardı ki...
Mərkəzi Bankın 9 milyarda yaxın ehtiyatı vardı, belə olsaydı onda həmin məbləği sərf etməklə vəziyyətdən çıxardı.
Manat istər-istəməz bazarda öz həqiqi qiymətini tapmalıdır. Əlbəttə, hamımız istəyirik ki, manat dəyərli olsun, amma dünyada baş verən elə ciddi proseslər var ki, onların təsiri olmadan ötüşmək olmur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi