Dollar yenə ucuzlaşdı; Mərkəzi Bankdan bugünkü məzənnə

img

15-04-2015 [09:38]


Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mia.az-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0514-dən 1.0511-ə qədər ucuzlaşıb.

Avronun məzənnəsində isə artım qeydə alınıb. Belə ki, 1 avro 1.1106-dan 1.1167-yə qədər bahalaşıb.

Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0206-ya qədər bahalaşıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA