İşsizlərin nəzərinə: İsmayıllıda yarmarka olacaq

img

10-04-2015 [17:42]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın bölgələrində 2015-ci il üzrə əmək yarmarkalarının təşkilinə başlanıb. 

Nazirlikdən Mia.az-a verilən məllumata görə, ilk əmək yarmarkasının aprelin 14-də İsmayılı rayonunda keçirilməsi nəzərdə tutulur:

"Rayonun Gənclər Mərkəzində təşkil olunacaq aktiv məşğulluq tədbirində 46-ı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Onlardan 122-i qulluqçu, 143-fəhlə peşələri üzrə olan iş yerləridir. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı da aparılacaq". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA