Dollarla bağlı həyəcanlı xəbər - Mərkəzi Bank açıqlama yaydı

img

08-04-2015 [00:05]


"Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir”. 

Mia.az Ans-ə istinadın xəbər verir ki, bunu Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib. Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma olacağı barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur”.

Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.

Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA