Manat yenidən ucuzlaşa bilər-Daha bir deputatdan xəbərdarlıq

img

06-04-2015 [13:34]


"Manatın yenidən devalvasiyası qaçılmazdır”.

Bu barədə AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov bildirib. Millət vəkilinin fikrincə, manatın ucuzlaşması müəyyən müddətdən sonra bu baş verəcək.

"Manatın hazırki səviyyədə saxlanılması üçün Mərkəzi Bank müəyyən qədər valyuta xərcləyir. Bazar qiymətinə çatmaq üçün müəyyən qədər devalvasiya olmalıdır. Amma Milli Məclisdə müzakirə zamanı öz təklifimi bildirdim ki, əgər belə bir proses gözlənilirsə, bunu indidən yavaş-yavaş etmək lazımdır ki, bu qərar birdən olmasın. Ümumilikdə isə manatın devalvasiyası gözləniləndir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA