Keçmiş nazir haqda yeni xəbər - zərərə düşüb

img

05-04-2015 [11:55]


Keçmiş Əmək və əhalinin sosial inkişaf naziri Füzuli Ələkbərova məxsus olan "İmprotex” MMC qrup 2013-cü ilin yekunlarına görə, 58,8 min manat həcmində zərərlə üzləşib. Bu barədə audit edilmiş maliyyə hesabatında deyilir.
 
"Turan” yazır ki, konsolidə edilmiş maliyyə hesabatına görə,"İmprotex” MMC, həmçinin qrupun digər üç şirkəti  ("İmprotex Motors”, "İmprotex Travel Tours and Conferences” və "İmprotex Transexpress”) əsas fəaliyyət növündən (BMV avtomobillərinin satışı və servisi, turizm xidmətləri) 3592 min manat gəlir əldə edib ki, bu da 2012-ci ildə olduğundan 12% azdır. Satışın maya dəyəri 3115,6 min manat təşkil edib. Lakin inzibati və digər xərcləri, həmçinin banklara faiz ödənişlərini nəzərə alsaq, qrup zərərlə üzləşib.
 
2013-ci ildə şirkət 351,8 min manat həcmində divident alıb. Çox güman ki, söhbət şirkətin "Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payından gedir. Bu qrupun digər qurumu ("İmprotex” kiçik müəssisəsi) da ABB səhmdarları sırasında olub, lakin 2013-cü ildə ləğv edilib.
 
Dekabrın 31-nə olan vəziyyətə görə, "İmprotex” MMC-nin ödənilməmiş zərəri 824 min manatadək enib. 3 ildə qrupun maliyyə itkisi 1.280 min manat təşkil edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA