"Nikoyl Bank"dan reaksiya: "Kreditləşmədə heç bir fasilə yaranmayıb"

img

03-04-2015 [15:01]


"Nikoyl Bank" Azərbaycanda kredit verilişini dayandırılması haqqında yayımlanan xəbərdə adlarının hallanmasına münasibət bildirib.

Bankdan Mia.az-a daxil olan məlumata görə, "Nikoyl Bank"da kredit ayrılmasına hər hansı fasilə yaranmayıb: 

"Nəzərinizə çatdirmaq istərdik ki, "NİKOYL” Bankda manatla kreditləşmədə heç bir fasilə yaranmayıb. Hal-hazırda Nikoyl Bank müştəriləri İpoteka kreditlərini və taksit kartları vasitəsi ilə xırda istehlak kreditlərini manatla ala bilər.

"Nikoyl bank"ın hal-hazırki istehlak kreditləri üzrə portfeli keçən ilin analoji dövrü ilə müqahisədə 23.3 % artıb. Fevral və mart ayları ərzində kredit portfelinin artım dinamikası keçən ilin analoji dövrü ilə müqahisədə 45 % çox təşkil edib. Bu o deməkdir ki, son iki ay ərzində müştərilərin "Nikoylbank"a olan etimadı və marağı azalmayıb.

Sizdən xahiş edirik ki saytlarınızda gedən məlumata düzəliş edəsiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA