31-03-2015 [11:22]
"Mərkəzi Bank tərəfindən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Həmin təkliflər yaxın vaxtda təqdim olunacaq”.
Bu barədə iqtisadçı Vüqar Bayramov ipoteka proqramına ediləcək dəyişikliklərlə bağlı açıqlamasında deyib. O, təkliflər paketində iki mühüm yeniliyin olduğunu diqqətə çatdırıb:
"Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. Güman olunur ki, ipoteka kreditlərində maksimum məbləğ 50 mindən 75 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka kredit əldə edə biləcək”.
Vüqar Bayramov təkliflər paketindəki ikinci mühüm yeniliyin regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasından ibarət olduğunu bildirib:
"Bu gün regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var. Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Həmin limitlər daxilində ipoteka kreditinin təqdim olunması planlaşdırılıb. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Sonda bir daha qeyd edim ki, ipoteka proqramına edilən dəyişikliklər - maksimum məbləğin artırılması və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsindən, eyni zamanda, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsindən ibarət olacaq”(Axar.az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi