İşaxtaranların nəzərinə - İş yerləri ilə bağlı yarmarkalar keçiriləcək

img

30-03-2015 [00:38]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2015-ci ilə dair İş planına əsasən,  işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə gələn aydan respublikamızın bölgələrində növbəti əmək yarmarkalarının keçirilməsinə başlanacaq.

Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, il ərzində respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur. Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara boş (vakant) iş yerləri təklif olunmaqla, müvafiq hallarda onlar mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb ediləcəklər.

Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjalarının iştirakı da təmin ediləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA