Minimum əmək haqqına dəyişiklik - Açıqlama+Video

img

27-03-2015 [16:41]


Ölkədə minimum əmək haqqı anlayışına dəyişikilik edilməsi təklif olunur.

Mia.az anspress-ə istinadən xəbər verir ki,Əmək məcəlləsinə dəyişikliyin edilməsi təklifi Həmkarlar İttifaqları Konfederasiyası və digər sosial qurumlar tərəfindən irəli sürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev "Hesab vaxtı"na açıqlamasında məlumat verib. O, irəli sürülən təkliflərin təfərrüatlarını açıqlayıb.

İdris İsayev bildirib ki, minimum aylıq əmək haqqının hesablanması zamanı nəinki işçinin özünün, eyni zamanda onun ailəsinin də minimum tələbatları da nəzərə alınmalıdır.

Bu sahədə maliyyə hesablamaları aparıldıqdan, beynəlxalq təşkilatların təcrübəsi öyrənildikdən sonra təklif haqqında müəyyən addımlar atılacaq. O xatırlatdı ki, son 10 ildə artım tendensiyası əsasında əmək haqqları 16 dəfə artırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA